Gəncə şəhərində 11 yataqxana binası qəzalı vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd olunub ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə 1 525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək həmin siyahıya daxil edilib.
www.102info.az