Quba rayonunun Zizik kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Qəza zaman beş nəfər – Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az