Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.
İlhamə Əbülfət
www.102info.az