Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, görülən işlərin nəticəsi olaraq daha dörd ədəd tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.
Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan BİR ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.
www.102info.az