Kanada hökuməti “İranda qadın və qızların zorakılıqla sıxışdırılmasında iştirak etmək” ittihamı ilə iki İran rəsmisinə sanksiya tətbiq edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
“Fərda-ye Eghtesad” saytının məlumatına görə, bununla bağlı Kanadanın xarici işlər naziri bəyanat yayıb və Tehran metrosunun icraçı direktoru Məsud Dorosti və İran parlamentinin üzvü Zöhrə İlahiyanın sanksiyalar siyahısına salındığını deyib.
“Məsud Dorosti məcburi hicab qanununu ümumi nəqliyyat vasitələrində icra edir. Zöhrə İlahiyan isə “Qadın, Həyat, Azadlıq” hərəkatında tutulanlara edam cəzası istəyib”, – deyə Kanada XİN başçısının bəyanatında vurğulanıb.

www.102info.az