Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Minirə Mikayılova məlumat verib.
O bildirib ki, övladı oktyabrın 30-da yaşadıqları evdə yanıb.
“Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə bədəninin, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Bakıdakı xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkanımız olmadığı üçün müalicəni yarımçıq qoyub çıxmalı olduq. Evə gəldikdən sonra müalicələri sizin oxucularınızın dəstəyi ilə etdirdik. Amma hazırda əlimizdə olan bütün vəsait tükənib. İnanın, iki-üç gündür yaralarını təmizləyə, bintlərini aça bilmirəm. Çünki nə yaralarına çəkməyə maz, nə də bağlamağa bintimiz yoxdur. Belə olan halda da yaraları onu çox incidir, bütün günü ağlayır. İnanın, son üç-dörd gündür nə gecəmiz, nə gündüzümüz var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Leylanın mazlarını almaq üçün 700 manata ehtiyacımız var”.
Ailə ilə əlaqə: (055) 420-21-53.
Kart: 5243 7544 4045 5614.
www.102info.az