Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.
Bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saat 07:00-da qarın hündürlüyü Nürgütdə (Ordubad) 23, Küküdə (Şahbuz) 19, Ərəfsədə (Culfa) isə 5 santimetr olub.
Yağıntının miqdarı isə Naxçıvanda 5, Şahbuzda 2, Şərurda 4, Ordubadda 3, Culfada 2, Kəngərlidə 6, Sədərəkdə 2 millimetr olub.
www.102info.az