Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq.
Ukraynalı nazir bunu “X” hesabında yazıb.
“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, – deyə Kuleba qeyd edib.
Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.
The strongest is the one who, in the battle between good and evil, stands on the side of good rather than attempting to put them on the same footing and call it “negotiations”.
At the same time, when it comes to the white flag, we know this Vatican’s strategy from the first half…
— Dmytro Kuleba (@DmytroKuleba) March 10, 2024
Mənbə: vedomosti.ru
www.102info.az