Finlandiyada Nazirlər Kabinetinin islahatlarına qarşı tətil başlayıb

Dünya


Finlandiyada həmkarlar ittifaqları Nazirlər Kabinetinin islahatlarına qarşı ikihəftəlik tətilə başlayıb.

Məlumata görə, həmkarlar ittifaqlarının nümayəndələri Petteri Orpo hökumətinin islahatlarına qarşıdırlar. Nazirlər Kabineti pensiya islahatının aparılmasını, xəstəlik məzuniyyəti, işsizliyə görə ödənişlərin, sığorta haqlarının dəyişdirilməsini, işdən çıxarılma prosedurunun sadələşdirilməsini, tətillərin qadağan olunmasını təklif edir.

Martın 24-dək davam edəcək tətildə 11 minə yaxın işçinin iştirakı gözlənilir. Etirazlar limanlarda və dəmir yolunda yükdaşımalara təsir göstərə bilər.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir