Oğurluğa görə həbs olunan şəxsin digər cinayətlərinin də üstü açılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonu ərazisindəki evlərdən birindən oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən Mirzəyev Anarın rayonun Liman şəhəri ərazisində daha iki evdə oxşar cinayət hadisələri törətdiyi müəyyən edilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun oğurluq etdiyi evlərdə zərərçəkənlərə 6400 manat maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az