“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək”.
Bu açıqlama ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.
N.Paşinyan qeyd edib ki, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub.
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, – deyə N.Paşinyan söyləyib.
Mənbə: Sputnik Ermənistan
www.102info.az