Paşinyanın komandasında xaos: Çaş-baş qalan məmurlar uçurumun kənarında dolanırlar…

Dünya


“Ermənistan hakimiyyətinin hərəkətlərində məna və məntiq axtarmaq ağıl işi deyil”.

Bu fikir Erməni KİV-də dərc olunmuş məqalədə qeyd olunub.

Bildirilir ki, artıq Ermənistan hakimiyyətinin qərarları və addımlarını proqnozlaşdırmaq və ya bunu hansısa məntiqə sığdırmaq qətiyyən mümkün deyil. 

“Birincisi, ona görə ki, onlar yaz fəslində havaların dəyişməsindən daha tez-tez öz niyyətlərini və fikirlərini dəyişirlər. Əgər meteoroloqlar siklonların və isti cərəyanların hərəkətini müşahidə etməklə ən azı hava dəyişiklikləri ilə bağlı proqnozlar verə bilirlərsə, “Vətəndaş sazişi” Partiyasının üzvlərinin əhvalında və niyyətlərində baş verən dəyişikliklər heç bir məntiqə və qaydalara sığmır. Çox güman ki, onların əhvalının dəyişməsinə son dərəcə əhəmiyyətsiz, subyektiv amillər və qorxular təsir edir və bu da hakimiyyəti hazırda tamamilə idarəolunmaz hala gətirib çıxarır”, – deyə yazı müəlifi qeyd edib.

Müəllifin sözlərinə görə, rusiyalılara qarşı kəskin və cəsarətli bəyanatların verilməsi, onların Ermənistanı tərk etməyə dəvət edilməsi, ertəsi gün isə bir neçə addım geri çəkilib rusiyayönlü bəyanatların səsləndirilməsi məhz bununla izah olunur.

“Üçüncü gün Avropaya gedirik, sonra isə Avropaya düşmən olan istənilən ölkəyə və s. Amma ən acınacaqlısı hakimiyyətin ikinci eşelonunun vəziyyətidir ki, kifayət qədər məlumata malik deyil, nə deyəcəyi və necə davranacağı ilə bağlı qeyri-müəyyənlik içində boğulmaq məcburiyyətindədir. Rusiyalılara bir neçə gözəl sözmü desin, avropalılara sığalmı çəksin, rusiyalı sərhədçilərinin getməsinimi tələb etsin, yoxsa avropalı müşahidəçilərin mövcudluğunun mənasız olmasındanmı danışsın? Onlar həmçinin bilirlər ki, xüsusən də media ilə ünsiyyət zamanı ilan zəkası nümayiş etdirməli və dovşan qədər ehtiyatlı olmalıdırlar. Çünki bir ehtiyatsız sözə görə ən yüksək səviyyədə şillələnə bilərlər. Beləcə də Paşinyanın ölkəni hara apardığını görənə qədər uçurumun kənarında gəzməyə davam edirlər”, – deyə məqalədə vurğulanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir