Ərdoğan: “Yaxın həftələrdə Azərbaycana səfər edəcəm”

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Azərbaycana gələcək.

“Haber Global” məlumat verir ki, bu barədə o, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib:

“Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığa qovuşdu. Biz də Bakıdakı və Şuşadakı azərbaycanlı qardaşlarımızın sevincini paylaşdıq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən bir araya gələcəyik. İşğal olunmuş torpaqlarını xilas etmək üçün mübarizə aparan bir ölkəyə və onu dəstəkləyən Türkiyəyə qarşı kinli münasibətləri heç vaxt unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın və əməkdaşlığın dəyərini yüksək qiymətləndirən bir ölkəyik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir