Qəzzada ölənlərin sayı 31 mini keçib

Dünya

Qəzzada ölənlərin sayı 31,3 min nəfərə yaxınlaşıb.

Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi xəbər verib.

Bildirilir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında  azı 31 272 nəfər ölüb, 73 024 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir