Keçən il neçə təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb?

Cəmiyyət

“2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 milyard manat vəsait ayrılıb və artım 19,2% olub”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb:

“Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilib, ikisi əsaslı təmir olunub və doqquzunun isə tikinti işləri davam etdirilir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir