KİV: Rusiya Böyük Britaniya müdafiə nazirinin olduğu təyyarədə siqnalları “söndürdü”

Maraqlı

Böyük Britaniya müdafiə nazirinin rəhbəri Qrant Şappsın Polşadan Böyük Britaniyaya səfəri zamanı istifadə etdiyi təyyarədə peyk siqnalı 30 dəqiqə ərzində itib. Yaranan nasazlıqda London Rusiyanı şübhəli bilib.

Bu barədə hökumətdəki mənbəyə istinadla “Times”, “Guardian” və “Daily Telegraph” kimi nəşrlər məlumat verib.

Bildirilir ki, təyyarə Rusiyanın Kalininqrad şəhəri yaxınlığında uçarkən siqnal yoxa çıxıb.

Qeyd olunub ki, yarım saat ərzində mobil qurğular internetə qoşula bilməyib, GPS itib və təyyarə yerini təyin etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir