“Türkiyə Azərbaycanla tərəfdaşlığından məmnundur”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qafqazın yeni doğan günəşidir:
“Azərbaycan regionda mühüm rol oynayır, çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bakı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.
www.RIA24.az