Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.
APA xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.
Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.
www.102info.az