Çinin Pekin Pedaqoji Universitetinin psixoloqları müəyyən ediblər ki, özünə inamı az olan qadınların tanışlıq dairələrindəki digər insanlar haqqında şayiələr yaymaq ehtimalı bir qədər yüksəkdir.
Araşdırmanın nəticələri “Evolutionary Psychological Science” jurnalında dərc olunub.
Məlum olub ki, insanlar digər sosial qruplara nisbətən öz dostları arasında neqativ məlumatları müzakirə etməyi daha çox xoşlayırlar. Bundan əlavə, tədqiqatçılar özünə güvənməyən insanların dedi-qodu yayma ehtimalının bir qədər çox olduğunu müəyyən ediblər.
Mənbə: gazeta.ru
www.RIA24.az