Balaca Nilayın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Həmid Həsənov məlumat verib.
O bildirib ki, bir yaşlı körpə sinir xərçəngindən əziyyət çəkir.
“Övladım 2022-ci il təvəllüdlü Nilay Həsənli yanvar ayında qızılcaya yoluxmuşdu. Həmin dövrdə paralel olaraq qan azlığı müşahidə edildi. Üç ay xəstəxanaları gəzdik, həkimlər uşağıma diaqnoz qoya bilmirdilər. Bir neçə dəfə Nilaya qan köçürülüb.
Nəhayət, ilik və digər laborator analizlərdən sonra həkimlər qızıma sinir xərçəngi diaqnozunu qoyublar. Müalicəsi üçün böyük vəsait tələb olunur. Təəssüf ki, ailəmizin maddi imkanı bu vəsaiti qarşılamağa kifayət etmir.
Nilay hazırda Bakıda özəl xəstəxanalardan birində müalicəsini davam etdirir. Hər gün üçün kimyaterapiya müalicəsi alır. Ondan əlavə övladımın xəstəxana xərclərinə gündəlik 1600 manat pul köçürürəm. Həkimlər deyirlər ki, əməliyyata hazırlıq prosesi kimi bir neçə aylıq dərman müalicəsi aparılmalıdır. Əgər Nilayın orqanizmi bu müalicələrə müsbət reaksiya versə, 95 faiz əməliyyat lazım olacaq. Əməliyyat üçün isə yarım milyon manatın lazım olacağı deyilib. Əməliyyatın Azərbaycanda, ya da Türkiyədə həyata keçirilməsinə uşağın vəziyyətinə uyğun qərar veriləcək. Hələlik Nilayın vəziyyəti onu başqa tibb müəssisəsinə, ölkəyə aparmağa imkan vermir.
Allah heç kimi övladı ilə sınamasın. Ailəmiz, dostlarımız, hər kəs imkan daxilində öz dəstəyini verir. Çox xahiş edirəm ki, övladımı xilas etmək üçün mənə kömək olasınız. O hələ çox balacadır, gələcəyi, gözəl günləri qarşıdadır. Əllərimdən uçub getməsinə icazə verməyin. Nilayın müalicəsinə görə lazım olan vəsaiti toplamaq üçün xeyirxah insanların dəstəyinə ehtiyacım var”.
Əlaqə nömrəsi: (050) 357-39-77.
Kapital Bank: 5239 1517 6864 9173.
www.102info.az