“Rəsmi Moskva regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsini və region ölkələri ilə qonşuları arasında nifaq salmaq istəyini pisləyir”.
Bu sözləri aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan görüşünü “Baku TV-Ru”ya şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O xatırladıb ki, Rusiya XİN artıq bununla bağlı ayrıca bəyanat yayıb.
“Əminik ki, istənilən problemli məsələlər 23 oktyabr 2023-cü ildə Tehranda keçirilən “3+3” məşvərət platformasının birinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq konstruktiv şəkildə həll edilməlidir. Həmin görüşdə həm erməni, həm də azərbaycanlı tərəfdaşlarımız iştirak edirdilər. Bir daha deyirəm, bu vəziyyətdə Qərbin rolu tamamilə dağıdıcıdır”, – M.Zaxarova vurğulayıb.
www.RIA24.az