Rusiyanın “Mi-24” helikopteri Qara dəniz üzərində qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə aprelin 10-da, səhər saatlarında, helikopter planlı uçuş həyata keçirərkən baş verib.
Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatına görə, qəzaya helikopterin avadanlıqlarının sıradan çıxması səbəb olub.
Pilotların taleyi barədə məlumat verilmir.
www.102info.az