Nikol Paşinyan həmvətənlərinə “real Ermənistan”ın xeyrinə “tarixi Ermənistan”dan əl çəkməyi tövsiyə etdi

Dünya




Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi Ermənistan” fikrinin təhlükəli olduğunu bildirərək, bu ideyalardan “real Ermənistan”ın xeyrinə əl çəkməyə çağırıb.

Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib.

Hökumət başçısının sözlərinə görə, “tarixi Ermənistan” ilə “real Ermənistan” arasında delimitasiya prosesi Ermənistan və Azərbaycan arasında gedən prosesdən heç də asan deyil.

“Eyni zamanda, “tarixi Ermənistan” “real Ermənistan”ın ərazi bütövlüyünü tanımır”, – Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Onun fikrincə, “tarixi Ermənistan” ideyası bir sıra qonşu dövlətlərlə uzunmüddətli düşmənçiliyin zəmanətidir.

Ermənistanın baş naziri diqqəti “real Ermənistan”ın maraqlarına xidmət etməyə cəmləməyə və gələcəkdə “tarixi Ermənistan” məntiqinə qayıtmağın qeyri-mümkünlüyünü anlamağa çağırıb.

O, əks halda ölkə daxilində daim təhdid mənbəyinin olacağını bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir