Türkiyənin Bursa şəhərindən olan Ahmet Erdönmez regionda tarixi əsərlərdən ibarət kolleksiyası ilə tanınır. O, bunların muzeydə sərgilənəcəyi günü səbirsizliklə gözləyir.
Erdönməzin minlərlə əşyadan ibarət kolleksiyasında dırnaqdan da kiçik olan İncil xüsusilə diqqəti çəkir.
Onun sözlərinə görə, Kitab ona Almaniyaya səfəri zamanı tanışı tərəfindən hədiyyə edilib.
“Mən Avropada dəvət aldığım bütün muzey görüşlərinə qatılıram. Avropa Muzey Akademiyasının Türkiyə təmsilçisi olduğum üçün belə tədbirlər bizim üçün çox faydalıdır. Almaniyada bir görüşdə iştirak etdim, orada da sərgi açdım. Həmin tədbirdə tanış olduğum bir bəy mənə bu kiçik incini hədiyyə etdi. Heç bir tarixi dəyəri yoxdur, lakin çox kiçik olduğu üçün maraqlı bir parçadır”, – deyə Erdönməz bildirib.
Mənbə: İha.com.tr
www.RIA24.az