Masallıda oğul anasını döydü – TƏFƏRRÜAT

Kriminal




Masallı rayonunda 1982-ci il təvəllüdlü Lətif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mədinəyə (adlar şərti göstərilib) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun Banbaşı kəndində baş verib. 

Lətif kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində anası Mədinənin ona spirtli içki qəbul etməsini irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu baş nahiyəsindən qəsdən əl ilə vurub yerə yıxıb. Bununla da o, anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, anasına xəsarət yetirməsindən peşman olduğunu deyib. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir