“Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim”.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, – deyə Tokayev özünün “X” hesabında yazıb.
www.102info.az