Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
“Report”un məlumatına görə, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrosmeysterimiz məğlub olub – 0:1.
Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.
Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
www.102info.az