Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı – SƏBƏB

Dünya




Rusiyanın Nijni Novqorod, Kazan və Naberjnıye Çelnı hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin uçuşuna bağlanıb.

Qeyd olunur ki, bu şəhərlərə gedən bir neçə təyyarə Şeremetyevo və digər hava limanlarına qayıdıb. Dimitrovqrad bölgəsində “Düşənbə-Kazan” reysi bir neçə dövrə vurduqdan sonra Samaraya doğru hərəkət edib.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Moskvadakı “Şeremetyevo” hava limanı PUA-nın hücumu təhlükəsi ilə əlaqədar təyyarələrin yola salınması və enməsinə məhdudiyyətlər tətbiq edib. Hava limanından bildirilib ki, hava limanı adi rejimdə işləyir, gediş-gəliş reysləri qrafikə uyğun həyata keçirilir.

Mənbə: “112” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir