“Bu ilin noyabrın 22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycana regionun perspektivi baxımından təcrübələrini ortaya qoymağa və bölüşməyə imkan verəcək”.
Bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
FAO rəsmisi bildirib ki, bu, həm də Azərbaycanı iqlim dəyişikliyinə uyğunlaşma sahəsində qlobal liderə çevirəcək:
“Bu, 2024-cü ildə Azərbaycan üçün ən yaxşı hadisələrdən biridir. COP29 çərçivəsində, həmçinin Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək”.
M. Hayat qeyd edib ki, COP29-da BMT-dən iştirak ən yüksək səviyyədə olacaq:
“COP29 Azərbaycan üçün qlobal iqlim dəyişikliyi danışıqlarında və müzakirələrində əhəmiyyətli oyunçu olmaq üçün böyük fürsətdir”.
www.RIA24.az