Kişini bıçaqlayıb, arvadını ölümlə hədələyən şəxslə bağlı QƏRAR

Kriminal




Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və öldürməklə hədələmədə təqsirləndirilən Novruz Əhmədovun barəsindəki məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

İttihama görə, hadisə 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydə alınıb.

Novruz Əhmədov həmkəndlisi B.Abıyevanı ölümlə hədələyib, onun həyat yoldaşı T.Əliyevi isə bıçaqlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Novruz Əhmədovun cəzasını 10 il 6 aya endirib. Qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir