“Bəzi təhsil müəssisələrində hamilə qadınlardan və uşaq əmizdirən analardan koronavirusa qarşı peyvənd sertifikatı tələb edilir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də düzgün yanaşma deyil.
“Hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də hüquqi baxımdan düzgün deyil. Ona görə təklif edirəm ki, hamilə qadınlardan və uşaq əmizdirən analardan peyvənd və “Əks-göstəriş sertifikatı” tələb olunmasın”, – deyə R.Mahmudov əlavə edib.
Aqşin Kərimov