Portuqaliyalı mütəxəssis “Beşiktaş” klubu ilə danışıqlar üçün İstanbula səfər edib.
Məlumata görə, təcrübəli mütəxəssis “qara qartallar”la müqavilə şərtləri ilə bağlı danışıqlar üçün Türkiyə klubunun bazasını ziyarət edib.
İstanbul nəhənglərindən sayılan “Beşiktaş” klubunun daha öncə Qurban Qurbanovla da danışıqlar apardığı bildirilsə də, “Qarabağ” klubu tərəfindən rəsmi heç bir açıqlama verilməyib. Təcrübəli çalışdırıcı Qurban Qurbanov da daha öncəki mətbuat konfranslarında “Qarabağ” klubundan ayrılmaqla bağlı fikrinin olmadığını bildirməyib.
Qeyd edək ki, Joze Mourinyo sonuncu dəfə “Roma” klubunu çalışdırıb.
Mənbə: Ntvspor.net
www.102info.az