Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib.
Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət, cinsi təcavüz, narkotik ticarəti kimi fərqli cinayətləri törədənlərə qarşı eyni vaxtda 130 fərqli ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı axtarışda olan 113 şəxs saxlanılıb.
Onların arasında qiyabi olaraq qəsdən adam öldürmədə təqsirli bilinən İ.K. da olub. O, öz evi ilə valideynlərinə məxsus, lakin istifadə olunmayan evin arasındakı divarı qazıb və qarşısına mebel qoyaraq dəliyi kamuflyaj edib.
Əməliyyat zamanı cinayətkar həmin divardan qaçmaq istəyib, lakin polisin sayıqlığı nəticəsində ələ keçib.
Mənbə: Haber Global
www.RIA24.az