Füzuliyə qayıdan sakin: “Bu günün arzusu ilə yaşamışıq”

Müharibə




“Bu günün arzusu ilə yaşamışıq. Füzuliyə qayıdırıq və hissləri sözlərlə ifadə etmək mümkün deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Bakıdan Füzuli şəhərinə yola düşən keçmiş məcburi köçkün Sahilə İbişova söyləyib.

“Biz gələndə nəvələrim yox idi. Amma idi nəvələrimlə qayıdıram. Doğma yerlərimizi nəvələrimə şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir şəhər olduğunu öz gözləri ilə görəcəklər. Planlarımız çoxdur. Allah onları həyata keçirməyi bizə nəsib etsin ”, – deyə o bildirib.

O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib:

“Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 172 nəfər nəfər köçürülür. İndiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir