Polşa nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə razılıq verdi

Dünya




“Polşa NATO-nun “Nüvə mübadiləsi” proqramı çərçivəsində ABŞ nüvə silahlarının öz ərazisində yerləşdirilməsinin əleyhinə deyil”.

Bu sözləri Polşa Prezidenti Andjey Duda “Fakt” qəzetinə müsahibəsində deyib.

“Mən bu mövzu ilə bağlı artıq bir neçə dəfə amerikalı tərəfdaşlarla danışmışam. Gizlətməyəcəyəm, mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi barədə sual veriləndə buna hazır olduğumuzu bildirmişəm.

Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi üçün nüvə silahından birgə istifadə çərçivəsində bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq. Biz Şimali Atlantika Alyansında müttəfiqik və bu planda bizim də öhdəliklərimiz var”, – deyə Duda bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir