Çində təbii fəlakət: 127 milyon insanın həyatı təhlükə altında – VİDEO

Dünya




Çin Quandun və Sıçuan əyalətlərində baş verən güclü daşqınlar səbəbindən ciddi təbii fəlakətlə üzləşib.

Sıçuan əyalətində daşqınlar səbəbindən artıq 80 mindən çox insan təxliyə edilib.

Yağan leysan geniş əraziləri su altında qoyaraq hökuməti fövqəladə vəziyyətə cavab planını işə salmağa məcbur edib.

Rəsmi məlumatlara görə, təkcə Quandun əyalətində dörd nəfər ölüb, daha on nəfər itkin düşüb. Qalan zərərçəkənlərin vəziyyəti hələlik məlum deyil. Güclü yağış evlərə ciddi ziyan vurub. Əyalət boyu 36 ev uçub, 48 evə ciddi ziyan dəyib. Quandun əyalətində 126 milyondan çox insan yaşayır.

Daçjou şəhərinin su anbarı həddindən artıq dolub, suyun səviyyəsi normadan 2,2 metr yuxarı qalxıb.

Çin hökuməti zərərçəkənlərə lazımi yardım göstərir və infrastrukturun bərpası üçün tədbirlər görür.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir