2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4% və ya 36,9 kq azalıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün orta ixrac qiyməti 1 142 ABŞ dolları (1 941 manat) təşkil edib.
www.102info.az