“Azərbaycanda Qırğızıstan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir xatırladıb ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır:
“Bir neçə saat əvvəl Bakıdakı parklardan birində onun abidəsinin açılışı da məhz bu hörmətin bariz nümunəsidir. Sabah isə M.F.Axundov adına Mərkəzi Kitabxanada hər iki ölkənin tanınmış elm xadimlərinin iştirakı ilə geniş tədbir keçiriləcək. Bir neçə gün sonra isə Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri açılacaq”.
www.RIA24.az