Türkiyənin sevilən müğənnisi Yalın Azərbaycana gəlib.
“Olay” xəbər verir ki, sənətçinin olduğu təyyarə bu gün 16:00 radələrində Bakıya enib.
İfaçı hava limanında onu qarşılayan jurnalistlərin suallarını cavablandırıb. O, Bakıda baş tutması planlaşdırılan konsertlərindəki sürprizlərdən söz açıb:
“Yeni mahnımız olacaq. Mayın 3-də yayımlanacaq. Həyəcanlıyıq. Bakının uğuruna inanıram. Bu yayın mahnısını konsertdə səsləndirəcəyik. Yəqin ki, yayın sonuna doğru da bir mahnımız olacaq. İnanıram ki, yay yenə mənim mahnılarımla gələcək. Çox həyəcanlanıram səhnədə. Bu həyəcan, bu xoşbəxtlik üçün yaşayıram. Burada olmaq çox gözəldir.
Keçən ilki konsertim unuda bilmədiyim bir gecə oldu. Bütün konsertlərimin özəl yeri var. Ona görə də indi qaça-qaça gəldim. İndi 20-ci il formatındayıq, onun konsertlərini veririk. Duet fikrinə həmişə isti baxmışam. Azərbaycanlı məşhurlardan duetlərlə bağlı bir çalışma etmək lazımdır. Mən də baxıram, soruşuram. Çox istəyərəm. Azərbaycanca mahnılar bilirəm. Məsələn, Ajda Pekkanın, Şebnem Ferahın türkcə oxuduğu mahnılarınız var. Onları çox sevirəm. Öz ifalarımdan “Ki sen”, “Keşke” mahnılarımı sevirəm”.
Həmin görüntüləri təqdim edirik:
www.RIA24.az