Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə – VİDEO

Maraqlı




Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə ucsuz-bucaqsız tropik meşələri, qəhvə plantasiyaları və florasının rəngarəngliyinə görə dünyada tayı-bərabəri olmayan ölkədən – Kolumbiyadan bəhs olunub.

Bura Xristofor Kolumbun şərəfinə belə adlandırılıb. Paytaxtı Boqota şəhəridir və on milyon əhalisi var. Burada insanların həyat tərzini yaşadığı məhəlləyə görə ayırd etmək olar. Kasıblar şəhərin birinci, varlılar isə altıncı rayonunda yaşayırlar.

Kolumbiya inanclı ölkədir. Burada katolik məktəblər hələ də fəaliyyət göstərir və abort qadağandır. Kilsə bunun tam əleyhinədir və din adamları deyirlər ki, əgər qadın dünyaya gətirdiyi uşağa baxmaq istəmirsə, onu arzulayan digər ailəyə övladlığa verə bilər.

Kolumbiyanın ən böyük problemlərindən biri yeniyetmə qızların hamilə qalmasıdır. Belə halların baş verməməsi üçün məktəblərdə 30 ildir ki, xüsusi dərslər keçirilir. Bəzən belə yeniyetmələri evdən qovurlar. İşsiz, müdafiəsiz və tənha qızlar küçədə yaşamağa məcbur qalırlar.

Boqotanı təhlükəsiz şəhərlərə aid etmək olmaz. Baxmayaraq ki, bu məsələ hökumətin diqqətindədir. İllər öncə Pablo Eskobarın bu ölkədə törətdiyi partlayışlar, cinayətlər hələ də şəhər sakinlərinin xatirindədir.

İndi də ölkədə minimum bir adam itkin düşür. Hal-hazırda Kolumbiyada 50 minə yaxın insan itkin hesab olunur. Bir çoxları kriminal qruplara daxil olduqlarından gözdən itib, digərləri isə iş axtarışına çıxaraq bütün əlaqələri kəsib, bəziləri isə həyatla vidalaşıb.

Ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir