22 yaşlı tələbəni boğazında naqillə basdırıblar – TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Kriminal




Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

“Qafqazinfo” xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası”nın 4-cü kurs tələbəsi olub.

O da məlum olub ki, Cəlilabad rayon, Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəlməsi, bu il martın 2-dən itkin düşdüyü bildirilib.

11:00

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Bildirilib ki, o, universitetin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası”nın 4-cü tədris ilinin tələbəsi olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir