Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə “mane olub”? – FOTO

Maraqlı




Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğu və hətta evlənmək istədiyi üzə çıxıb.

Belə ki, 2000-ci illərin əvvəlində perspektivli yumoristin “Rossiya-1” kanalının ən gözəl qadınlarından biri, “Utro Rossii” verilişinin aparıcısı Anastasiya Çernobrovina ilə münasibəti olub.

Karyerasının əvvəlində cazibədar Nastya getdikcə populyarlaşan Maksim Qalkinin diqqətini çəkib. Nastya Qalkini o qədər özünə məftun edib ki, o bu münasibətin gələcəyi naminə hər şeyə hazır olub. İki il ərzində Çernobrovinanın həyatı hədiyyələrdən, çiçəklərdən və restoranlarda şam yeməklərindən ibarət olub. Nastyanın özünün xatırladığı kimi, Maksim çox kübar və hətta ehtiyatlı şəkildə qadınla münasibətini davam etdirib. İctimaiyyətin diqqətindən yayınmaq üçün onlar film şoularına gecə saatlarında gələrək sonuncu sırada oturmağa üstünlük veriblər və ümumiyyətlə, münasibətlərini hər cür şəkildə gizlətməyə çalışıblar.

Lakin sonra məsələyə primadonna “müdaxilə edib”. Belə ki, sənətinin başlanğıcında olan Nastya və həmçinin digər media nümayəndələri təkcə müğənni deyil, eyni zamanda media dairələrində ciddi təsir gücünə malik olan Allanın istəklərini nəzərə almalı və onu razı salmalı idilər. 

Mənbə: MK.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir