Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək

Dünya

Rusiya koronavirus pandemiyası səbəbindən dayandırılmış uçuşların bərpa ediləcəyi ölkələrin siyahısını genişləndirəcək.

Kp.ru bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Denis Mikerinin açıqlamasına istinadla xəbər yayır.

Bu dəyişikliklərin yaxın gələcəkdə həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

D.Mikerin qeyd edib ki, Moskva bu məsələ ilə bağlı çox sayda ölkələrlə danışıqlar aparır:

“Bir sıra dövlətlərlə əlaqəli nazirliklər səviyyəsində danışıqlar aparılır. Razılıq əldə edildikdə nəqliyyatın ikitərəfli hərəkəti başlanacaq. İndi növbə Böyük Britaniya, Türkiyə və Tanzaniyanındır. Düşünürəm ki, bu siyahı zaman keçdikcə daha da genişlənəcək”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir