Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. Turun açılış matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”la üz-üzə gələcək.
Çempionluğu təmin edən “köhlən atlar” 79 xala malikdirlər. Tovuz klubu isə 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Sumqayıt”la, “Səbail” “Neftçi” ilə, “Kəpəz” isə “Zirə” ilə mayın 18-də üz-üzə gələcək. Tura mayın 19-da keçiriləcək “Qəbələ”-“Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.
Anar Həsənov
www.102info.az