Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri ilə əlaqədar təşkilatın qərargahının xərclərini azaltmaq qərarına gəlib.
Məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun dondurulması daxildir.
Siyahıya, hətta kondisionerlərin işləmə saatının azaldılması da daxildir.
Mənbə: Bloomberg
www.102info.az