Güclü yanğın Ağdam və Ağdərənin bir neçə kəndini əhatə edib – VİDEO – YENİLƏNİB

Hadisə

Ağdam və Ağdərə rayonları ərazisində yanğın davam edir.

APA-nın yerli müxbiri xəbər verir ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndlərinin ərazisini əhatə edib.

Alovla mübarizə davam edir.

***

22:36

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb.

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.