Fərhad Əmirbəyov Türk Şurası ölkələrində medianın inkişafı üçün təklif verdi – FOTO

Siyasət

“Türk Şurasının böyük bir missiyası budur ki, quruma üzv ölkələr inkişaf etsin. Bu, Şuranın ana missiyasıdır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu İstanbulda keçirilən Türk Şurasının Media Forumunda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov deyib.

F.Əmirbəyov qeyd edib ki, Media Forumu Türk Şurasına üzv ölkələrdə medianın inkişafına töhfə baxımından önəmlidir.

Onun sözlərinə görə, media sahəsində əməkdaşlıq vacibdir.

“Ümumi media platforması çərçivəsində biz öz ölkələrimiz haqqında obyektiv məlumatlar çatdırmaq imkanı əldə edəcəyik”, – F.Əmirbəyov deyib.

O, həmçinin, təklif edib ki, media sahəsinin inkişafı üçün ümumi komitə yaradılsın:

“Bu komitə koordinasiya üçün vacibdir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir