Yannik Sinner yenidən italiyalı məşqçi ilə çalışacaq

Baş səhifə

“Böyük dəbilqə” turnirinin dördqat qalibi, dünya reytinqinin lideri olan italiyalı tennisçi Yannik Sinner yenidən fitnes məşqçisi Umberto Ferrara ilə çalışacaq.

“Report” “Ubitennis”ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis və tennisçi daha əvvəl də birlikdə çalışıblar.

2022-ci ildən əməkdaşlıq edən tərəflər ötən il dopinq qalmaqalından sonra yolları ayırmışdılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir