“Roma” irlandiyalı hücumçunu transfer edib

İdman

Bakı. Trend:

İtaliyanın “Roma” komandası heyətinə yeni futbolçu cəlb
edib.

Trend klubun
rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi
İngiltərənin “Brayton” kollektivindən Evan Ferqyusonun keçidini
rəsmiləşdirib.




20 yaşlı irlandiyalı forvard qarşıdakı bir il ərzində icarə
əsasında “Roma”da çıxış edəcək.