Azərbaycanla İsrail arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək – Corc Dik

Siyasət

Bakı. Trend:

Azərbaycan və İsrail arasında münasibətlər bundan sonra daha da
möhkəmlənəcək.

Trend xəbər verir
ki, bunu Azərbaycanda diplomatik missiyasını başa vuran İsrail
səfiri Corc Dik bildirib.

“Bu gün İsrailin səfiri kimi fəaliyyətimi başa vurduğum bir
vaxtda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramovla vida görüşü keçirmək şərəfinə nail oldum. Son altı il
ərzində göstərdikləri əməkdaşlıq, etimad və dostluq üçün ona və
Xarici İşlər Nazirliyinin komandasına dərin təşəkkürümü
bildirdim.

Bizim münasibətlərimizdə əlamətdar məqamlardan biri 2023-cü ildə
Azərbaycanın İsraildə səfirliyinin açılması oldu — bu,
tərəfdaşlığımızın dərinləşdiyini əks etdirən tarixi addım idi.

Azərbaycandan ayrılarkən özümlə yalnız xatirələri deyil, eyni
zamanda, münasibətlərimizin inkişafının davam edəcəyinə və Yaxın
Şərqdə, Cənubi Qafqazda və ümumilikdə dünyada sülhün hökm
sürəcəyinə ümidi də aparıram”, – deyə o, “X” səhifəsində yazıb.
.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir